Azərbaycan kino və teatr sənətinin unudulmaz aktyorlarından olan mərhum Əməkdar artist Həsən Əblucun həyat yoldaşı səhhətində yaranan kəskin problemlər səbəbindən xəstəxanaya yerləşdirilib.
Kulis.az xəbər verir ki, məlumatı ictimaiyyətlə mərhum sənətkarın qızı, tanınmış rejissor Elnaz Əbluc paylaşıb.
O, anasının dözülməz vəziyyətini dilə gətirərək diqqətsizlikdən gileylənib:
“Heç olmasa indi Həsən Əblucun ailəsinə kömək edilsin. Anam qalib ac, susuz, halsız evdə ortalıqda”
Qeyd edək ki, Elnaz Əbluc anasının vəziyyətinin nəzarətə götürüldüyünü bildirib.