Adam da odu satarmı heç? - Replika

Adam da odu satarmı heç? - Replika
19 mart 2026
# 10:27

Kulis.az "Replika" rubrikasından Şəriyar del Geraninin mağazalarda satılan tonqallarla bağlı replikasını təqdim edir.

Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım.

O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, xoruz döyüşdürməyə, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə.

Şəkərburanı satdınız, dinmədim. Paxlavanı satdınız, dinmədim. Səmənini - Allahın səmənisini satdınız, yenə də dinmədim.

Bunu da satmayın. Tonqalı da satarlarmı? Adam da odu satarmı heç? Bu gün-sabah, haşa! - bütövlükdə Novruz bayramını satsanız, təəccüblənmərəm.

Bir barel, taxta-şalban anbarı və mətn şəkili ola bilər

# 161 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər