"Bu hekayəyə görə DTX-ya şikayət etmək lazımdır!" - Müzakirə

"Bu hekayəyə görə DTX-ya şikayət etmək lazımdır!" - Müzakirə
19 mart 2026
# 16:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsində Əli Novruzovun "İstintaq" hekayəsi haqqıında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.

Şəkil - Şərif Ağayarın hekayəsi

Şərif Ağayar:

"Bu hekayədə istedadsızlığın dibi görünmür. Mətn hissiyyatı ölüb demirəm, çünki əvvəldən yoxdur. Çox piyadadır Əli. Dəhşətli dərəcədə. Burda üstəlik həm də ayaqyalın və tumançaqdır. "Belə yazmaq olmaz" iddiasına ən unikal nümunədir. Bu mətn adama dahilik öyrədər – belə etmə yetər! Həmişə bu düşüncənin, bu əlil ifadə tərzinin əksinə get, bəsindir. “Oxumaqla deyil” tezisinə adamı dönə-dönə inandıran bir kitab düşmənçiliyidir. Azərbaycan dilinə həqarət püskürən zibil yığınıdır. Sənətin Baboş tərzidir. Ədəbiyyatı gözdən salma proyektidir. Məncə, masonların işidir. Məqsəd milli düşüncəli yazıçılarmızı alçaltmaq, aşağılamaqdır. Bu hekayədən AYO-AYB-yə yox, 102-yə də yox, birbaşa DTX-ya şikayət etmək lazımdır. Ciddi deyirəm. Heyif, xalq düşməni maddəsini CM-dən çıxarıblar. Bu mətnə çox rahat oturardı. İlkin tədbir kimi müəllifə yazmağı qadağan eləmək lazımdır. Davamına baxarıq".

Sonralar heç yerdə rast gəlmədim o sirli-əsrarlı ayinə... - Mübariz Örən

Mübariz Örən:

"Əli Novruzovun hekayəsini dünən telefondan oxudum, xoşuma gəldi. Əlinin yaradıcılığı ilə az tanışam, deyəsən, "Sonuncu barista"sını oxumuşam, vəssalam. "İstintaq" mənə daha bütöv gəldi. Əvvəla, hekayənin ideyası Azərbaycan nəsri ücün, demək olar, təzədi. İkincisi isə o ideyanın işlənməsi, həlli, bəli. Novruzov hekayəni qura bilib, yaxşı texnika işlədib, Detalların, terminlərin bolluğu mətnə ağırlıq gətirmir, əksinə, "istintaqın" inandırıcı görünməyinə xidmət edir. Dadı, duzu olan hekayədi, bir az kafkavari, bir az postmodern priyomlar, müəllifi söhbətə qatmaq... Maraqla oxunur. Seymur Baycanın yubileyinə ithafı isə ayrıca ləzzətdir. Hekayədə çatışmayan, oxucusunu pərişan edən ən ciddi problem, məncə, nə qatilin, nə casusun kim olmağı deyil, məhz budu: Hacı hansı Hacıdı? Qalan hər şey əladı, müəllifi təbrik edirəm".

Yazıçı Mirmehdi Ağaoğlunu tanıyaq

Mirmehdi Ağaoğlu:

"Əlinin hekayəsi xoşuma gəldi. Baxmayaraq ki, süjeti bir çox cəhətdən uydurmadır, məni 20 il əvvələ apardı, “Hiss”dəki təqdimat yadıma düşdü. Bu cür əsərləri oxumağı sevirəm. Məncə, Əli qələmini bu kimi mövzuların mürəkkəbinə daha çox batırsın".

Balalarımızın taleyinə biganə yanaşılmasın – Sevinc Elsevər yazır...

Sevinc Elsevər:

"Belə başa düşdüm ki, Seymurun əlli illik yubileyinə hədiyyə olaraq, onu hekayəsində öldürüb müəllif. Belə şeyləri yazmaq zarafatla da olsa, müəllifin obrazına rəğbəti duyulsa da, təhlükəlidir. Düşər-düşməzi olar. Nə bilim, vallah. Amma maraqla oxudum. Orda başqa "öncəgörmələr" də vardı. Seymurun doğum gününə bir ay var. Fürsətdən istifadə, ona uzun ömür arzulayıram. İndən belə azı 40 il. (Qırxı otuz yazmışdım, on il əlavə elədim). Daha artığını özü bilər".

# 1679 dəfə oxunub

Oxşar xəbərlər

"Unutmaq istədiyimiz həqiqətlər..." - “Qəvvas”la bu hekayənin nə əlaqəsi?

"Unutmaq istədiyimiz həqiqətlər..." - “Qəvvas”la bu hekayənin nə əlaqəsi?

10:00 23 iyun 2026
"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

15:00 22 iyun 2026
"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

13:00 22 iyun 2026
Yenilməz söz yolçusu - Afaq Məsud

Yenilməz söz yolçusu - Afaq Məsud

17:04 19 iyun 2026
Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

16:20 18 iyun 2026
“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

14:30 16 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər