Azərbaycanlı yazıçının əsəri beynəlxalq ədəbi portalda

Azərbaycanlı yazıçının əsəri beynəlxalq ədəbi portalda
18 mart 2026
# 11:53

Azərbaycanlı yazıçı Qəni Camalzadənin "The Quarry " (Karxana)romanı ABŞ-ın nüfuzlu ədəbi portalı olan "Literary Titan" saytında geniş icmalla təqdim olunub.

Kulis.az xəbər verir ki, beynəlxalq platformada yayımlanan resenziyada əsər sovet dövrü Azərbaycanının kriminal və siyasi reallığını çoxqatlı və atmosferik şəkildə əks etdirən ədəbi-tarixi roman kimi qiymətləndirilir.

İcmalda vurğulanır ki, hadisələr Abşeron daş karxanası fonunda inkişaf edir və “qanuni oğru” kimi tanınan Sani Abşeronskinin yüksəlişdən faciəvi sonluğa uzanan taleyi üzərində qurulur.

Romanın mərkəzində kənddə “Ağa” kimi nüfuz qazanan, həm dini inancları qoruyan, həm də kölgə iqtisadiyyatında söz sahibi olan Malikəjdar dayanır. Onun ətrafında keçmiş rəqqasə Mariya, onun nəvəsi Samaya və Malikəjdarın oğlu Hatam kimi obrazlar vasitəsilə ailə bağları, gizli münasibətlər və sədaqət anlayışı sınağa çəkilir. Süjet 1950-ci illərin məhəllə həyatından başlayaraq həbsxana çəkişmələri və qara bazar əlaqələri ilə dərinləşir, nəhayət Qara Yanvarın ağır tarixi fonunda kulminasiya nöqtəsinə çatır.

Resenziyada əsərin şifahi üslubu xüsusi qeyd olunur. Bildirilir ki, roman bir kənd həyatı kimi qurulub — xatirələr bir-birini izləyir, hekayələr iç-içə keçir və mətn canlı danışıq ritmini qoruyur. Azərbaycan, rus və tatar kriminal jarqonunun istifadəsi isə dövrün autentik mühitini daha inandırıcı edir.

İcmal müəllifi romanın sürətli detektiv süjetdən çox, xarakterlərin daxili aləminə və tarixi kontekstə fokuslandığını vurğulayır. Əsərdə müqəddəslə günahın, inamla riyanın yanaşı mövcudluğu diqqət çəkir. Müəllif böyük tarixi sarsıntılar fonunda insani suallar qaldırır: sədaqət harada başlayır və harada bitir? Çürümüş sistemdə mərhəmət mümkündürmü? Şəxsi münasibətlər tarix qarşısında nə qədər davamlıdır?

Beynəlxalq ədəbi platformada dərc olunan bu icmal Qəni Camalzadənin yaradıcılığının xarici oxucu auditoriyasının diqqətini cəlb etdiyini göstərir və Azərbaycan ədəbiyyatının qlobal məkanda təmsil olunması baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilir.

# 1070 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyədə muzeylərə giriş şəxsiyyət vəsiqəsi ilə olacaq

Türkiyədə muzeylərə giriş şəxsiyyət vəsiqəsi ilə olacaq

18:00 2 oktyabr 2026
Gürcüstan azərbaycanlısı dünya dəbinin ən nüfuzlu simalarının siyahısında

Gürcüstan azərbaycanlısı dünya dəbinin ən nüfuzlu simalarının siyahısında

17:15 2 oktyabr 2026
"Qızıl Portağal" film festivalının  siyahısı açıqlandı

"Qızıl Portağal" film festivalının siyahısı açıqlandı

17:00 2 oktyabr 2026
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı ödənildi

Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı ödənildi

16:45 2 oktyabr 2026
Timuçin Esen və Funda Eryiğit məşhur rejissorun tamaşasında

Timuçin Esen və Funda Eryiğit məşhur rejissorun tamaşasında

16:00 2 oktyabr 2026
Fotoqrafiya dərnəyi yeni mövsümə start verir - Tanınmış simaların iştirakı ilə

Fotoqrafiya dərnəyi yeni mövsümə start verir - Tanınmış simaların iştirakı ilə

15:30 2 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər