“Simpsonlar”dan növbəti qorxulu proqnoz

“Simpsonlar”dan növbəti qorxulu proqnoz
18 iyul 2023
# 13:20

“Simpsonlar” (“The Simpsons”) serialı bu il Kosovoda müharibə olacağını proqnozlaşdırır.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə tanınmış amerikalı jurnalist Natali Morris bildirib.

Jurnalist belə bir səhnənin 2005-ci ildə yayımlanan “Homerdən uzaqdakı ev” adlı epizodda nümayiş etdirildiyini bildirib.

O, həmçinin, eyni serialda başqa bir maraqlı təsadüfü də açıqlayıb. Belə ki, Simpsonlar “Oppenheimer” filminin nümayiş olunduğu kinoteatra gəlirlər. Qeyd edək ki, hazırda kinoteatrlarda məhz bu səs-küylü film nümayiş olunur.

Morrisin sözlərinə görə, son hadisələr “Simpsonlar” serialındakı proqnozları özünü doğrultmaqda davam edir. Belə ki, jurnalist “Titan” batiskafında baş verən son fəlakəti misal çəkib. Serialda batiskafın batmış gəmiyə baxmağa getdiyi və Homer Simpsonun oksigeninin tükənməyə başlaması ilə bağlı səhnə var idi.

# 806 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #