Tom Kruzun qızı da atasının soyadından imtina etdi

Tom Kruzun qızı da  atasının soyadından imtina etdi
24 iyun 2024
# 18:00

Məşhur aktyor Tom Kruzun qızı Suri atasının soyadından imtina etmək qərarına gəlib.

Kulis.az xəbər verir ki, iyunun 21-də aktyorun qız məktəbdən məzun olub. Tədbirdə anası, Tomun keçmiş həyat yoldaşı Keti Holms iştirak edib.

Aktyor özü tədbirdə qatılmayıb. Qızın buraxılış mərasimi broşürasında adı Suri Noel kimi qeyd edilib.

Bundan əvvəl Tomun qızı yetkinlik yaşına çatdıqdan sonra aktyorla ünsiyyətdən imtina edib.

Xatırladaq ki, Kruz və Holms 2006-2012-ci illərdə evli olublar. Aktyorun 3 övladı var.

# 433 dəfə oxunub

Müəllifin son yazıları

# # #