Asif Rüstəmovun “Mərmər soyuğu” tammetrajlı bədii filminin istehsalat prosesi başa çatıb.
Bu barədə Kulis.az-a məlumat verən rejissor bildirib ki, hazırda filmin beynəlxalq festivallar üzrə distribusiyası həyata keçirilir.
Filmdə baş rolları Elşən Əsgərov, Natavan Abbaslı və Qurban İsmayılov ifa edirlər. Kinonun 2022-ci ilin ikinci yarısında tamaşaçıya təqdim edilməsi planlaşdırılır.
Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, “Azərbaycanfilm” kinostudiyası, "İctimai TV”, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalıdır.