Tom Kruz tanınmaz halda

Tom Kruz tanınmaz halda
14 iyul 2026
# 16:34

Hollivud ulduzu Tom Kruz rejissor Alexandro Qonsales İnyarritunun çəkdiyi "Digger" filminin ilk treylerindəki gözlənilməz görünüşü ilə pərəstişkarlarını heyrətə salıb.

Kulis.az xəbər verir ki, bu barədə "Independent" nəşri məlumat yayıb.

Filmdə neft maqnatı Digger Rokvell obrazını canlandıran 64 yaşlı aktyor tamamilə fərqli bir ampluada tamaşaçı qarşısına çıxacaq. Qrim vasitəsilə aktyorun üz cizgiləri dəyişdirilib, saçları isə ağardılıb. Bundan əlavə, Tom Kruz treylerdə qeyri-adi bədən quruluşu ilə diqqət çəkib – o, indiyə qədərki rollarına nisbətən xeyli kök görünür.

"Bu, mənim üçün görünməmiş bir sınaq oldu"

Kruz bildirib ki, "Digger" layihəsi onun əvvəllər üzərində çalışdığı bütün ekran işlərindən köklü şəkildə fərqlənir. Aktyorun sözlərinə görə, bu rol ona indiyədək karyerasında heç vaxt qarşılaşmadığı qədər böyük çətinlik yaradıb.

Filmin süjetinə gəldikdə isə hekayə dünyanın ən qüdrətli adamının bəşəriyyəti məhz özünün yaratdığı dəhşətli ekoloji fəlakətdən xilas etmək üçün çıxdığı təhlükəli missiyadan bəhs edir.

İddialı ekran işinin ulduz heyətində Tom Kruzla yanaşı aşağıdakı məşhur aktyorlar da yer alıb:

Cessi Plemons

Con Qudman

Riz Əhməd

Emma Darsi

Sandra Hüller

Maykl Stulbarq

Trampdan kömək istəməmək üçün kosmosdan imtina etdi

Qeyd edək ki, 2025-ci ilin dekabrında Tom Kruz siyasi mülahizələrə görə açıq kosmosda film çəkmək ideyasından imtina etmişdi. "Page Six" nəşrinin məlumatına görə, aktyorun bu addımı atmasına səbəb çəkilişlərin təşkili ilə bağlı ABŞ prezidenti Donald Trampdan kömək istəmək niyyətində olmaması idi.

# 68 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər