Azərbaycan-Bolqarıstan müştərək filmi İspaniya festivalında 4 mükafat qazandı

Azərbaycan-Bolqarıstan müştərək filmi İspaniya festivalında 4 mükafat qazandı
23 noyabr 2026
# 14:02

Azərbaycanlı prodüserin filmi İspaniyada “Ən yaxşı film” mükafatına layiq görüldü.

Kulis.az xəbər verir ki, Azərbaycan və Bolqarıstanın müştərək istehsalı olunan “Üç kiloqramlıq xoşbəxtlik” tammetrajlı bədii filmi İspaniyanın 38-ci Jirona Beynəlxalq Film Festivalında “Ən yaxşı film” mükafatına layiq görülüb.

Ekran əsəri festivalda “Ən yaxşı rejissor”, “Ən yaxşı aktyor” və “Ən yaxşı aktrisa” nominasiyalarında da qalib olub.

Festivalın müsabiqə proqramında 28 ölkədən olan tammetrajlı bədii, sənədli, qısametrajlı və animasiya filmləri iştirak edib.

“Üç kiloqramlıq xoşbəxtlik” tammetrajlı bədii filmi Bolqarıstanın Milli Kino Agentliyi, “Queen Mountains”, Azərbaycanın “Cinemedia” və Türkiyənin “Protim” şirkətlərinin birgə istehsalıdır.

Filmin quruluşçu rejissoru və prodüseri Zornitsa Sofiya, prodüserləri isə Fehruz Şamıyev, Ayşad Səfərəliyev və Mehmet Bahadır Erdir.

Qeyd edək ki, sözügedən film 2024-cü ildə Azərbaycan Respublikasının Kino Agentliyinin keçirdiyi “Post-prodakşn mərhələsində olan filmlərə dəstək” müsabiqəsinin qalibi olaraq maliyyə dəstəyi alıb.

Bundan öncə film Bolqarıstanda keçirilən "Qızıl lalə" Bədii filmlər Festivalında "ən yaxşı ssenari" mükafatını qazanıb.

Qeyd edək ki, filmin Azərbaycan premyerasının gələn il Bakı Beynəlxalq Film Festivalında keçiriləcəyi planlaşdırlılr.

# 51 dəfə oxunub

Oxşar xəbərlər

“Evdə tək” franşizasının yeni filminin hazırlıqlarına başlandı

“Evdə tək” franşizasının yeni filminin hazırlıqlarına başlandı

12:59 21 noyabr 2026
Ağrıdan qurtulmaq mümkündürmü? – “Kədər tərbiyəçiləri” niyə təsəlli vəd etmir?

Ağrıdan qurtulmaq mümkündürmü? – “Kədər tərbiyəçiləri” niyə təsəlli vəd etmir?

12:00 20 noyabr 2026
Pattinsonun Ceyms Bond seçilməsində Ceff Bezosun da rolu olub

Pattinsonun Ceyms Bond seçilməsində Ceff Bezosun da rolu olub

11:12 20 noyabr 2026
Qəzza müharibəsi haqqında sənədli film 47 ölkədə nümayiş etdirildi

Qəzza müharibəsi haqqında sənədli film 47 ölkədə nümayiş etdirildi

14:26 18 noyabr 2026
Aktyorlar süni intellektə qarşı birləşdi – Rəqəmsal surətlərin istifadəsinə məhdudiyyət

Aktyorlar süni intellektə qarşı birləşdi – Rəqəmsal surətlərin istifadəsinə məhdudiyyət

12:47 18 noyabr 2026
FTX qalmaqalı haqqında serial - 8 milyard dollarlıq çöküş "Netflix"də

FTX qalmaqalı haqqında serial - 8 milyard dollarlıq çöküş "Netflix"də

12:14 17 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər