Türkiyədəki qədim pilləkənli tunellə bağlı araşdırma - Dini təcrübələrlə əlaqələndirildi

Türkiyədəki qədim pilləkənli tunellə bağlı araşdırma - Dini təcrübələrlə əlaqələndirildi
24 noyabr 2026
# 14:46

Türkiyənin Adıyaman ərazisindəki Arsameia Antik Şəhərində qayalara oyulmuş 158,1 metr uzunluğundakı pilləkənli tunelin təkcə su təchizatı üçün deyil, həm də qədim dövrdə ziyarətçilərin dini və hissi təcrübələri ilə əlaqəli ola biləcəyi bildirilib.

Kulis.az xəbər verir ki, bu barədə Leiden Universitetinin arxeoloqu Lennart Vouter Kreyerin "Journal of Roman Archaeology" jurnalında dərc olunan araşdırmasında bəhs edilir.

Kommagene Krallığının müqəddəs mərkəzlərindən olan Arsameiadakı tunelə eniş zamanı işığın azalması, temperaturun düşməsi, əks-səda və qeyri-bərabər pillələr ziyarətçilərin məkanı qavramasına təsir göstərib.

Girişdəki yunanca Böyük Kult Yazısı və I Antioxosun Herakl ilə əl sıxmasını əks etdirən relyef bu yolun rəmzi və mərasim xarakterli ola biləcəyini göstərir.

Çıxışsız bitən tunelin sonunda səviyyəsi mövsümdən asılı olaraq dəyişən yeraltı su, yaxınlıqda isə iki dairəvi oyuq mövcuddur.

Araştırmaya görə, su həm praktiki ehtiyaclar, həm də müqəddəs məkanın kimliyi ilə bağlı ayinlər çərçivəsində əhəmiyyət daşıyıb.

Tədqiqatçı Anadoludakı digər pilləkənli tunellərin (o cümlədən Pont, Paflaqoniya və Qalatiya bölgələrindəkilərin) hər birinin öz tarixi və dini kontekstində qiymətləndirilməli olduğunu vurğulayıb.

# 50 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Reels Yazarlar Xəbərlər