Teylor Sviftin atası fotoqrafa yumruq vurdu

Teylor Sviftin atası fotoqrafa yumruq vurdu
28 fevral 2024
# 15:00

Məşhur müğənni Teylor Sviftin atası Skot Svift qızının konsertindən sonra Ben Mekdonald adlı fotoqrafa yumruq vurub.

Kulis.az xəbər verir ki, fotoqraf hücuma məruz qalanda təəccübləndiyini deyib:

"O, üzümə yumruq vurdu. Onun kim olduğunu bilmirdim. Təəccübləndim və nə edəcəyimi bilmədim. 23 ildir bu işlə məşğulam və heç vaxt belə bir şey yaşamamışam, kiminsə atası tərəfindən yumruqlanmamışam".

Qeyd edək ki, Teylor Svift bu barədə hələlik heç nə açıqlamayıb.

# 505 dəfə oxunub

Müəllifin son yazıları

# # #