Sunay Akın azərbaycanlı şairin şeirini oxuyub - Video

Sunay Akın azərbaycanlı şairin şeirini oxuyub - Video
7 oktyabr 2021
# 10:10

Tanınmış türk şair və teleaparıcı Sunay Akın azərbaycanlı həmkarı Şəhriyar del Geraninin şeirini oxuyub.

Kulis.az-ın verdiyi xəbərə görə, bir neçə il öncə məhz Sunay Akına ithaf olunan bu şeiri ona Fərid Hüseyn təqdim edib.

Şair şeiri ifa edəndən sonra Şəhriyar bəyə xoş sözlərini və salamlarını çatdırıb. Daha sonra özünün çəkdiyi bir rəsmi və yanında yazdığı şeir parçasını azərbaycanlı həmkarına göndərəcəyini elan edib.

Həmin videonunun təqdim edirik.

# 2376 dəfə oxunub

Müəllifin son yazıları

# # #