Teylor-Coydan "Mad Max" etirafı: Asan olacağını düşündüyüm hər şey çətin idi

Teylor-Coydan "Mad Max" etirafı:  Asan olacağını düşündüyüm hər şey çətin idi
15 may 2024
# 16:30

"Queen's Gambit", "Last Night in Soho", "Smashed" filmləri ilə tanınan məşhur aktrisa Anya Teylor Coy "Furiosa: A Mad Max Epic" filmi ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır.

Kulis.az xəbər verir ki, filmdə Şarliz Teronun canlandırdığı Furiosa obrazının gəncliyini oynayan aktrisa “New York Times” qəzetinə müsahibəsində deyib:

Anya Taylor-Coydan Mad Maksın etirafı: Asan olacağını düşündüyüm hər şey çətin idi - 2

""Dəyişmək istədim. Burada böyümək və təkmilləşməkdən başqa çarəm qalmadı".

Anya Taylor-Coydan Mad Maksın etirafı: Asan olacağını düşündüyüm hər şey çətin idi - 3

"Heç vaxt bu qədər tənha olmamışdım"

Corc Millerin rejissorluğunu etdiyi filmin 6,5 aylıq çəkilişləri zamanı emosional və fiziki sınaqdan keçdiyini deyən aktrisa prosesi belə dəyərləndirib:

"Heç vaxt bu qədər tənha olmamışdım. Çox dərinə getmək istəmirəm, amma asan olacağını düşündüyüm hər şeyi sınadım, amma çox çətin idi".

Anya Taylor-Coydan Mad Maksın etirafı: Asan olacağını düşündüyüm hər şey çətin idi - 4

Çəkiliş zamanı yaşadıqlarını izah etmək üçün zamana ehtiyacı olduğunu bildirən sənətçi, "20 ildən sonra bu sualları mənə bir daha ver" deyib".

"Belə rol üçün Miller kimi bir rejissor olmalıdır"

Anya Taylor-Coydan Mad Maksın etirafı: Asan olacağını düşündüyüm hər şey çətin idi - 5

Miller ilə işləməyin onun üçün böyük bir şans olduğunu ifadə edən Taylor-Coy 79 yaşlı rejissorun Furiosa xarakterini çox dəqiq təsəvvür etdiyini ifadə edib:

“Əgər belə bir rolu canlandıracaqsınızsa, siz Corc Miller kimi birinin əlində olmalısınız. O hər şeylə bağlı çox aydın və sərt bir yanaşmaya sahib idi. Filmin böyük hissəsində gözlərimdən istifadə etməyimə icazə verdi".

Anya Taylor-Coydan Mad Maksın etirafı: Asan olacağını düşündüyüm hər şey çətin idi - 6

# 644 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #