Tərcüməçimiz beynəlxalq müsabiqədə yer tutdu

Tərcüməçimiz beynəlxalq müsabiqədə yer tutdu
15 iyul 2024
# 13:00

Tərcüməçi Fərəh İsmayılzadə Rusiyada keçirilən beynəlxalq "Dostluq sahilləri" müsabiqəsində iştirak edib.

Kulis.az xəbər verir ki, Fərəh İsmayılzadə Rusiyada keçirilən "Dostluq sahilləri" ("Берега дружбы") IX Beynəlxalq Gənclər Festivalı poeziya və poetik tərcümələr müsabiqəsində iştirak edib və "Ustalar" kateqoriyasında yer alıb.

Bu layihə çərçivəsində bir neçə dünya dilindən rus dilinə şeirlərin poetik tərcüməsi nəzərdə tutulub.

Qeyd edək ki, tapşırıqları uğurla yerinə yetirən həmyerlimiz Rusiya, Belarus, Moldova, Qırğızıstan, Özbəkistan, Dağıstan, Latın Amerikası, Kanada və başqa ölkələrin iştirak etdiyi bu layihədə Azərbaycandan olan yeganə tərcüməçidir.

# 464 dəfə oxunub

Müəllifin son yazıları

# # #