Vətən müharibəsi haqqında yeni film çəkilir

Vətən müharibəsi haqqında yeni film çəkilir
4 iyun 2025
# 13:00

Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyi "Zəfər çağırışına hay verənlər" layihəsinin icrasına başlayıb.

Kulis.az xəbər verir ki, bu barədə layihənin rəhbəri Asəf Quliyev məlumat verib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən layihə "Konstitusiya və Suverenlik İli"nə həsr olunur.

Asəf Quliyevin sözlərinə görə, filmin adı “Məhəmmədəli” olacaq:

"Məhəmmədəli Vətən müharibəsi şəhidir. Onu vətənpərvər Azərbaycan gənclərinin ümumiləşdirilimiş obrazı da hesab etmək olar".

Qeyd edək ki, təqdimat 27 sentyabr Anım günü ərəfəsində Bakıda və Ağdamda keçiriləcək.

# 137 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #