Təbrizli şair vəfat etdi

Təbrizli şair vəfat etdi
17 mart 2023
# 10:40

Azərbaycanlı şair və yazıçı Süsən Nəvadə Rəzi aylarla xərçənglə mübarizə apardıqdan sonra 61 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə "Sancaq" qəzetinin telegram kanalı məlumat yayıb.

1962-ci ildə Təbrizin Şəhriyar məhəlləsində anadan olan Azərbaycanlı şair, yazıçısı və jurnalist Süsən Nəvadə Rəzi uzun illər “Məhd Azadi” və “Sancaq” qəzetinin türk bölməsində professor Yəhya Şeyda ilə birgə fəaliyyət göstərmiş, son illərini də burada çalışmışdır.
Qeyd edək ki, “Sancaq” qəzetinin bir bölümü “Quzeydən gələn səslər” adı ilə quzey azərbaycanlı yazıçıların əsərinə yer verilmişdi.

O, Azərbaycan Elbilimi dərnəyinin idarə Heyətinin üzvü olub, Folklorçu Xanımlar dərnəyinə rəhbərlik edib.

Azərbaycanlı şair və yazıçı Süsən Nəvadə Rəzi aylarla xərçənglə mübarizə apardıqdan sonra 61 yaşında vəfat edib.

Onun əsərlərindən “Ənnənəmnan mən”, “Arzuların yeni gülşən bağı”, “Təbrizim Kimi”, “Günlərin bir günündə”, “Möncüq hekayələri” kitablarını qeyd etmək olar.

# 1631 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #