Taylor Sviftin qastrol filmi rekord qırdı

Taylor Sviftin qastrol filmi rekord qırdı
29 noyabr 2023
# 10:23

Qremmi mükafatlı amerikalı müğənni Taylor Sviftin "Taylor Svift: Eras Tour" adlı qastrol filmi rekord qırıb.

Kulis.az xəbər verir ki, oktyabrın 13-də nümayiş olunan film ABŞ-də 178,2 milyon dollar gəlir əldə edib.

Bununla da "Taylor Svift: Eras Tour" ilin ən çox gəlir gətirən 19-cu filmi olub.

Xatırladaq ki, dünyada ən çox gəlir gətirən qastrol filmi 261 milyon dollar qazanan "Michael Jackson: This Is It" olub.

# 387 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #