Məşhur yazıçı koronavirusa görə romanını dəyişdi

Məşhur yazıçı koronavirusa görə romanını dəyişdi
14 aprel 2020
# 10:03

Dünyaca məşhur yazıçı Stephen Kinq koronavirus səbəbindən yeni yazdığı romanında dəyişikliklər etmək məcburiyyətində qaldığını açıqlayıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, dünyada 1 milyon 500 mindən çox insanın yoluxduğu koronavirus səbəbiylə yaşanan hadisələr məşhur yazıçı Stephen Kinqin qələmə aldığı yeni kitabına da təsir göstərdi. Belə ki, 72 yaşlı yazıçı, kitabında 2020- ci ildə cərəyan edən hadisələri dəyişmək məcburiyyətində qaldığını açıqlayıb.

O qeyd edib ki, koronavirus epidemiyası yayıldıqdan sonra romanımı yenidən oxudum. Və gördüm ki, qəhrəmanlarımdan ikisi gəmi ilə səyahətə çıxır. Heç kimin 2020- ci ildə gəmi ilə səyahətə çıxa bilməyəcəyinə görə mən də o hissədə dəyişiklik etdim. Həmin hissədə baş verən bu hadisəni insanların toplanıb bir araya gələ bildiyi 2019- cu ilə çəkdim."

# 2052 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #