Tanınmış reper pərəstişkarına yumruq vurdu

Tanınmış reper pərəstişkarına yumruq vurdu
6 iyul 2023
# 11:20

Məşhur reper Pulemyot Kelli konsertdə pərəstişkarının üzünə yumruq vurub.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bunu Kellinin pərəstişkarı özü istəyib.

Belə ki, konsert zamanı Kelli pərəstişkarlarından birinin əlində tutduğu kağız üzərində "Meksikadan yeni gəlmişəm, üzümə yumruq vurun" yazısını görəndə əvvəlcə təəccüblənib. Lakin sonra o, tələbi yerinə yetirmək qərarına gəlib.

O, pərəstişkarını yüngülcə yumruqlamazdan əvvəl ona “Niyə üzünə yumruq vurmağımı belə çox istəyirsən? Özümü pis hiss edəcəm" sözlərini deyib.

Hadisədən sonra Pulemyot Kelli pərəstişkarına onu sevdiyini qışqıraraq çıxışını davam etdirib.

# 820 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #