Tanınmış müğənni və musiqiçi İqor Nikolaev infarkt keçirib.
Kulis.az xaici mediaya istinadən xəbər verir ki, 63 yaşlı müğənni, bəstəkar, Rusiya Federasiyasının xalq artisti İqor Nikolayev ürəyində yaranan problemlərlə bağlı Moskvada xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, həkimlərin dediyinə görə, İqorda infarktın izləri aşkarlanıb və hazırda onun vəziyyətini təcili olaraq stabilləşdirirlər. Bəstəkarın ürəyinin fəaliyyəti pozulur və ritm dəyişikliyi müşahidə olunub.