Uill Smitin şillə vurduğu komediya aktyoru Kris Rok növbəti Oskar mərasiminin aparıcısı olmaqdan imtina edib.
Kulis.az "gazeta"ya istinadən xəbər verir ki, komediya aktyoru ona gələn təklifdən boyun qaçırıb.
Aktyor onu da qeyd edib ki, Oskar mükafatına qayıtmaq cinayət səhnəsinə qayıtmaq kimi olacaq.
Xatırladaq ki, Uill Smitin Oskar mərasimində aparıcı Kris Roka yumruq vurması ciddi qalmaqal yaratmışdı.