Tanınmış müğənni vəfat etdi

Tanınmış müğənni vəfat etdi
2 may 2022
# 14:10

Məşhur fransız müğənnisi Rejin Silberberq vəfat edib.

Kulis.az rus mediasına istinadən xəbər verir ki, o, ötən gün 92 yaşında Parisdə təbii səbəblərdən dünyasını dəyişib.

"Gecə kraliçası" ləqəbli Rejin bu adı Avropa və ABŞ-ın 25 şəhərində sahib olduğu 20-dən çox gecə klubu ilə qazanıb. Onun təşkil etdiyi əyləncələrdə Jan-Pol Belmondo, Alen Delon kimi məşhurlar iştirak edib. Rejin müxtəlif ekran işlərində bir neçə komediya rolunu da ifa edib.

# 1980 dəfə oxunub

Müəllifin son yazıları

# # #