ŞAH MAT-da absurd tamaşası olacaq

ŞAH MAT-da absurd tamaşası olacaq
17 sentyabr 2019
# 12:53

“Zirzəmi teatrı” üslubundakı ŞAH MAT Teatrının səhnəsində Absurd teatrın yaradıcılarından olan irlandiyalı yazıçı-dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Semuel Bekketin "Qodonun intizarında" pyesi əsasında hazırlanan eyniadlı tamaşa təqdim olunacaq.

Teatrın mətbuat katibi Turan Etibaroğlu Kulis.az-a bildirib ki, səhnə əsəri 19 sentiyabr saat 19.30-da İslam Səfərli 13 ünvanında yerləşən "ETUD Cafe & Bar"-da nümayiş olunacaq.

İstedadlı gənclər Mir Qabil Əkbərov(Vladimir), Ümüd Abbas(Estraqon), Səid Abbas(Poçço), Pərvin Dadaşova (Lakki) rol aldığları səhnə əsəri tanınmış rejissor əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluşunda təqdim olunacaq.

Tamaşaçılara təqdim olunan nümunə absurd üslubunda hazırlanıb. Səhnə əsəri iki nəfər heç bir iş görmədən oturub bir ağacın altında Qodonu gözləyirlər və Qodo gəlmir. Və bunu hər gün davam edirlər. Qodonu gözləməklərinin səbəbi isə onları çətin vəziyyətdən qurtaracaq və hər şey yaxşı olacaq. Lakin Vladimir obrazının dili ilə desək "heç kəs gəlmir, heç kəs getmir, heç nə baş vermir".

Əsasən gənclərdən ibarət səhnə nümunəsinin biletləri 3 AZN təşkil edir.

# 2032 dəfə oxunub

Müəllifin son yazıları

# # #