Tanınmış aktyor məhkəməlik oldu

Burak Özçivit. Aktyor

Burak Özçivit. Aktyor

16 noyabr 2021
# 14:30

Məşhur türk aktyoru Burak Özçivitə qarşı 4 il 1 ay həbs cəzası tələbi ilə iddia qaldırılıb. Özçivit Beykoz 3-cü Ağır Cəza Məhkəməsində hakim qarşısına çıxacaq.

Kulis.az türk mediasına istinadən xəbər verir ki, aktyorun Beykozda serial çəkilişləri zamanı çəkiliş qrupunun əməkdaşlarını söydüyü iddia edilib.

Burak Özçivitə qarşı “ictimai yerdə təhqir" ittihamı ilə 4 il 1 ay həbs cəzası ilə iddia açılıb. Aktyora qarşı 3 ay 15 gün 4 il 1 ay müddətinə azadlıqdan məhrum edilməsi istənilib.

İddianaməni qəbul edən Özçivit yaxın günlərdə Beykoz 3-cü Asliye Cəza Məhkəməsində hakim qarşısına çıxacaq.

# 2565 dəfə oxunub

Müəllifin son yazıları

# # #