Rəhman Orxan vəfat etdi

Rəhman Orxan vəfat etdi
2 fevral 2024
# 10:29

Əməkdar jurnalist Rəhman Orxan vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıb.

Jurnalist bu gün uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Uzun müddətdir müxtəlif xəstəliklərdən, o cümlədən ayaqlarındakı problemlərdən əziyyət çəkən jurnalist bir neçə gün öncə xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, o, 2001-2013-cü illərdə “Azərikimya” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışıb.

# 679 dəfə oxunub

Müəllifin son yazıları

# # #