Şvartseneqqerin filmində Bakı ilə bağlı kadr - Video

Şvartseneqqerin filmində Bakı ilə bağlı kadr - Video
7 iyun 2023
# 10:30

"Netflix" Hollivud ulduzu Arnold Şvartseneqqerin rol aldığı "Fubar" teleserialının premyerası olub.

Kulis.az xəbər verir ki, casus komediya janrında çəkilmiş "Fubar"filminin epizodların birində Bakı ilə bağlı kadr yer alıb.

Sözügedən kadrda A.Şvartseneqqerin qəhrəmanı Bakı və Azərbaycanla bağlı tapşırıq alır, burada o və komandası şəxsiyyətlərini dəyişdirməli və serialın ssenarisinə görə uydurma Sardoviya ölkəsinə uçmalıdır. Onun bunu necə yerinə yetirməsi isə ekran işində göstərilmir.

"Fubar" 8 seriyadan ibarətdir. Təqaüdə çıxmaq üzrə olan, lakin onu işə qayıtmağa məcbur edən ailə sirrini öyrənən MKİ agenti Luke Brunnerdən bəhs edir.

Qeyd edək ki, bu , Arnold Şvartseneqqerin ilk televiziya layihəsidir.

# 769 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #