“Qızıl Pəri”nin nominantları bəlli oldu

“Qızıl Pəri”nin nominantları bəlli oldu
2 noyabr 2015
# 16:58

“Qızıl Pəri” mükafatının nominantları artıq müəyyənləşib.

Bu barədə Kulisə mükafatın təsisçiləri olan Professional Kinorejissorlar, Aktyorlar və Prodüserlər gildiyalarından məlumat verilib. Seçim Komissiyası 185 ərizə formasına və audiovizual əsərlərə baxış keçirib.

Komissiyasının fəaliyyətinin nəticələri “Qızıl Pəri” mükafatının nominasiyalarının və nominantlarının siyahısı noyabrın 5-də www.audiovisual.az və www.azerbaijanfilm.az saytlarında yerləşdiriləcək.

Qalibləri 30 nəfər peşəkardan ibarət münsiflər heyəti seçəcək. Münsiflər heyəti işə noyabrın 10-da başlayacaq. Qaliblərin elan olunması və mükafatların təqdimetmə mərasimi Dünya kinosunun yaranmasının 120 illiyində - dekabrın 28-də keçiriləcəkdir.

# 976 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #