Şvartsenegger Terminator rolunu rədd etdi

Şvartsenegger Terminator rolunu rədd etdi
22 may 2023
# 16:47

Aktyor Arnold Şvartsenegger "Terminator" filmindəki insanabənzər robot Terminator rolundan imtina edib.

Kulis.az xəbər verir ki, o, bu barədə “The Hollywood Reporter”ə müsahibəsində bildirib.

Jurnalistin “Terminator” film franşizasının tamamlanması ilə bağlı sualına aktyor "Hələ bitməyib. Amma mən xəstələndiyim üçün filmdən ayrılmışam” deyə cavab verib.

Şvartsenegger həmçinin filmin beşinci və altıncı hissələrini ssenari baxımından zəif hesab etdiyini qeyd edib.

# 778 dəfə oxunub

Müəllifin son yazıları

# # #