"Ədəbiyyat adamı" mükafatının qalibləri bilindi – SİYAHI

"Ədəbiyyat adamı" mükafatının qalibləri bilindi – SİYAHI
10 may 2019
# 14:52

Azərbaycan Yaradıcılıq Fondunun ötən ildən təqdim etməyə başladığı "Ədəbiyyat adamı" mükafatının qalibləri müəyyənləşib.

Fonddan Kulis.az-a verilən məlumata görə, "Ədəbiyyat adamı” adlanan bu layihə çərçivəsində istər ölkə daxilində, istərsə də ölkə xaricində çoxşaxəli, çoxspektrli tədbirlər, konfranslar, poeziya gecələri, görüşlər, kütləvi açıq mühazirələr, qapalı seminarlar keçirilməsi, mükafatların verilməsi nəzərdə tutulub.

Fondun daxili müzakirələri nəticəsində aşağıdakı beş yazıçı bu ilin qalibi seçilib: Şərif Ağayar, Vaqif Yusifli, Vaqif Nəsib, Mehman Qaraxanoğlu, Aysel Əlizadə.

Mükafatın məbləği 1000 manatdır.

Mükafat qaliblərə gələn həftə təqdim ediləcək.

"Ədəbiyyat adamı” mükafatının hər il may ayında beş nəfərə təqdim edilməsi nəzərdə tutulub.

# 2450 dəfə oxunub

Müəllifin son yazıları

# # #