İyunun 12-də Bakı Dövlət Universitetində (BDU) “Azərbaycan Türk Ocağı” İctimai Birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə ərsəyə gətirilmiş “Şuşadan İstanbula Sürəyya Ağaoğlu yolu” kitabının təqdimatı keçirilib.
Kulis.az xəbər verir ki, BDU-nun Jurnalistika fakültəsində təşkil olunmuş tədbirdə “Azərbaycan Türk Ocağı” İctimai Birliyinin sədri, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı təqdimatı keçirilən kitab haqqında məlumat verib.
Tədbirdə BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədli, Jurnalistika fakültəsinin dekanı filologiya elmləri doktoru Vüqar Zifəroğlu çıxış ediblər.
- Filmimiz beynəlxalq festivallarda iştirak edəcək
- "Qarabağın necə işğal olunduğunu bu kitabdan öyrənəcəklər” - VİDEO-SÖHBƏT
- Azərbaycanlı aşıq vəfat etdi
Sonda Akif Aşırlının imzası ilə “Şuşadan İstanbula Sürəyya Ağaoğlu yolu” kitabı tələbələrə hədiyyə edilib.