"Helikon-Opera" teatrı Bakıda Leonid Vaynşteynin "Zoluşka" operasını təqdim edəcək.
Kulis.az xəbər verir ki, opera tamaşasının musiqi rəhbəri Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlov, bədii rəhbəri isə Rusiyanın Xalq artisti Dmitri Bertmandır.
Operanın müəllifi Leonid Vaynşteyn Azərbaycan bəstəkarlıq məktəbinin nümayəndəsi, görkəmli bəstəkar Qara Qarayevin yetirməsidir.
"Zoluşka" operasının dünya premyerası 1985-ci ildə Bakıda, Azərbaycan Akademik Opera və Balet Teatrının səhnəsində baş tutub.
Ənənəvi nağıl qəhrəmanları – Zoluşka, Şahzadə, Ögey ana və qəzəbli bacılarla yanaşı, tamaşaçılar dirilən əşyaları da görəcək.
Qeyd edək ki, nümayiş 19 aprel 14:00 və 19:00-da baş tutacaq.