“Netflix” buraxılması hələ ötən ilin yayından məlum olan “Squid Game: The Challenge" realiti-şousunun buraxılış tarixini açıqlayıb.
Kulis.az “Kanobu” saytına istinadla xəbər verir ki, şou noyabr ayında yayımlanacaq. “Tvigle” onlayn kinoteatrı bununla bağlı məlumat yayıb.
Qeyd edək ki, realiti-şouda 456 iştirakçı 4,56 milyon dollar uğrunda mübarizə aparacaq. Bu, analoji layihələr tarixində ən böyük pul mükafatıdır. Tamaşaçılar 10 seriya ərzində iştirakçıların serialda sınaqlardan keçdiyini və tamamilə yeni, lakin eyni dərəcədə maraqlı tapşırıqların yerinə yetirəcəyini müşahidə edəcəklər. “Netflix” gərginliyin çox yüksək olacağını vəd edib. Qəhrəmanlardan hər biri onun bu avantürada nə dərəcədə uzağa gedə biləcəyi və özünün risk almağa hazır olub-olmaması ilə bağlı sualların yarandığı həddə qədər çatacaq. Böyük Britaniyada aparılan çəkilişlər artıq başa çatdırılıb.