Şort, şəpik geyinənlərin girişi qadağan ediləcək - “La Skala” teatrına...

Şort,  şəpik geyinənlərin girişi qadağan ediləcək  - “La Skala” teatrına...
7 iyul 2025
# 16:39

Milanın məşhur “La Scala” opera teatrına şort, köynək və ya şəpik geyinən tamaşaçıların girişi qadağan ediləcək.

Kulis.az xəbər verir ki, “La Skala” rəhbərliyi bəzi tamaşaçıların çimərliyə daha uyğun gələn paltar geyinməsi ilə bağlı şikayətlərdən sonra onlara operaya nə geyinməməli olduqlarını xatırladıb.

“La Skala”nın girişində “davranış qaydaları” lövhəsi vurulub, orada tamaşaçılar “teatrın etiketinə uyğun geyim seçsinlər” yazılıb. Qeyri-adekvat geyinənlərə biletin pulu da geri qaytarılmayacaq. Mesaj biletlərdə və opera evinin saytında da yerləşdirilib.

Geyim kodunu xatırlatmaq “La Scala” teatrının etiket qaydalarının daha geniş şəkildə yenidən qurulmasının bir hissəsidir.

Qeyd edək ki, tamaşaçılara özləri ilə yemək və içkilər gətirmək, tamaşa zamanı foto və ya film çəkmək də qadağandır. Həmçinin onlara tövsiyə olunur ki, mobil telefonlarını balkonun məhəccərinə qoymasınlar, çünki o, aşağı düşərək başqa tamaşaçını zədələyə bilər.

# 183 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #