“Sony World Photography Awards” 2023-ün qalibləri elan edildi

“Sony World Photography Awards” 2023-ün qalibləri elan edildi
19 aprel 2023
# 12:00

Fotoqrafiya sahəsində dünyanın ən böyük mükafatlarından biri olan “Sony World Photography Awards” 2023-cü ilin qaliblərini elan edib.

Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, “İlin fotoqrafı” mükafatı ) “Bizim müharibə” seriyasına görə məşhur fotoqraf Edqar Martinsə (Portuqaliya) verilib. O, müsabiqəyə təqdim etdiyi fotonu 2011-ci ildə Liviya vətəndaş müharibəsi zamanı həlak olmuş dostu, fotojurnalist Anton Hammerlin xatirəsinə həsr edib. Martins sözügedən fotoya görə 25 000 ABŞ dolları məbləğində mükafat qazanıb.

Ümumilikdə bu il müsabiqəyə portretlər, mənzərələr, idman, təbiət və vəhşi təbiət, habelə natürmort, səyahət, küçə fotoqrafiyası və s. daxil olmaqla yarım milyona yaxın şəkil təqdim edilib.

Müxtəlif kateqoriyalarda qaliblərin bəzilərinin işlərini təqdim edirik.

# 1053 dəfə oxunub

Müəllifin son yazıları

# # #