Türkiyəli rejissor Öner Biberkökü Sezen Aksunun "Paşa Gönül Şarkıları" albomunda yer alan “Doğrucu” mahnısının klipinin süni intellektlə necə hazırlandığını açıqlayıb.
Kulis.az xəbər verir ki, rejissor bu barədə ötən gün “Google”un Türkiyə ofisində keçirilən tədbirdə danışıb.
Onun sözlərinə görə, klipin hazırlanmasında “Google Gemini” və “Google Veo 3” texnologiyalarından istifadə olunub. Süni intellekt vasitəsilə hazırlanan klipin bəzi səhnələri sosial şəbəkələrdə trendə çevrilib.
Qeyd edək ki, Sezen Aksu sonuncu dəfə 9 il əvvəl “A Little Pop A Little Sezen” adlı albomunu təqdim etmiş və bundan sonra uzun müddət musiqi sahəsindən uzaqlaşmışdı.