Amerikalı milyarder İlon Mask “X” sosial şəbəkəsini satıb.
Kulis.az xəbər verir ki, bu barədə Mask özü paylaşım edib. O bildirib ki, əvəllər “Tvitter” kimi tanınan “X”i süni intellekt “xAI” şirkətinə 33 milyard dollara satıb.
“xAI” və “X”in gələcək perspektivləri bir-birinə bağlıdır. Bu gün biz rəsmi olaraq məlumatları, modelləri, hesablamaları, paylanmanı və bacarığı birləşdirmək üçün bu addımı atdıq. Bu birləşmə “xAI”nin qabaqcıl süni intellekt qabiliyyəti vasitəsilə “X”in geniş əhatə dairəsinə çatması üçün böyük imkan açacaq” deyə, Mask əlavə edib.
- Lyudmila Duxovnaya “Şöhrət” ordeni ilə təltif olunub
- Sultan Rayevin “Dəlixana”sı təqdim ediləcək
- Beynəlxalq Muzeylər Günü qeyd olunur
Qeyd edək ki, İ.Mask 2022-ci ildə “Tvitter”i 44 milyard dollara alaraq adını “X” olaraq dəyişdirmişdi.