Septimius Severus heykəlinin başı geri qaytarılıb

Septimius Severus heykəlinin başı geri qaytarılıb
15 mart 2025
# 11:00

Türkiyədən oğurlanan Septimius Severus heykəlinin başı geri qaytarılıb.

Kulis.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Roma İmperatoru Septimius Severusun bürünc heykəlinin başı Danimarkadan gətirilərək Antalya Muzeyində nümayiş etdirilib.

Türkiyəyə qaytarılan Anadolu mənşəli tarixi əsərlər muzeydə jurnalistlərə təqdim edilib.

Təqdimat mərasimində nazir Ərsoy, Danimarkanın Ankara səfiri Ole Toft, Antalya valisi Hulusi Şahin, millət vəkilləri və digər qonaqlar iştirak edib.

Qeyd edək ki, Roma İmperatoru Septimius Severus heykəlinin başı 1960-cı illərdə Antik Bubon şəhərində aparılan qeyri-qanuni qazıntılar nəticəsində xaricə aparılmış əsərlərdən biriridir.

# 131 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #