Pərvin Nurəliyevanın imza günü keçirildi

Pərvin Nurəliyevanın imza günü keçirildi
26 yanvar 2024
# 13:55

“Hophopnamə” Kitab Mərkəzində yazıçı Pərvin Nurəliyeva ilə görüş keçirilib.

Kulis.az xəbər verir ki, yazıçı-dramaturq, Gənclər üçün Prezident mükafatçısı, Filologiya üzrə fəlsəfə doktoru, “Qobustan” dərgisinin baş redaktoru, Azərbaycan Pedaqoji Universitetinin müəllimi, onlarla kitab müəllifi olan Pərvin Nurəliyeva "Hophopnamə" Kitab Mərkəzində oxucuların qonağı olub.

Mədəniyyət işçilərinin, müəllimlərin, rayon ictimaiyyətinin iştirak etdiyi görüşdə çıxış edən Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı bölgələrdə ədəbiyyat adamları ilə görüşlərin, imza günlərinin keçirilməsinin əhəmiyyətindən söz açıb.

Tədbirin moderatoru Ağalar Ağammədov müəllifin “Vəziyyət ruscadır”, “Anar yaradıcılığında insan və zaman”, “Qadın olmaq”, “Balerina”, “Səhnə” kitabları və “Qobustan” jurnalı haqqında tədbir iştirakçılarına qısa məlumat verib.

Daha sonar tədbir yazıçının yaradıcılığı haqqında oxucularda maraq doğuran suallar əsasında qarşlıqlı dialoq şəklində davam edib, müəllif yaradıcılığı haqqında geniş danışaraq, əsərlərinin yaranma tarixçəsindən bəhs edərək ədəbiyyat, teatr və sənətlə bağlı qənaətlərini bölüşüb.

Müəllif oxucular üçün hədiyyə gətirdiyi, həmçinin “Qanun” nəşriyyatının nəşr etdiyi "Hophopnamə" Kitab Mərkəzində satışda olan kitablarını imzalayaraq onlara təqdim edib.

Səmimi şəraitdə keçən görüş hamıda xoş əhval yaradıb. Sonda yazıçı ilə xatirə şəkilləri çəkilib.

# 884 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #