AYB-də Puşkinin anadan olmasının 225 illiyi qeyd olundu

AYB-də Puşkinin anadan olmasının 225 illiyi qeyd olundu
30 may 2024
# 16:30

Mayın 30-da Azərbaycan Yazıçılar Birliyində Aleksandr Sergeyeviç Puşkinin 225 illiyi münasibətilə tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən Rusiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Pavel Mixayıloviç Kuzneçov şairin yaradıcılığı ilə bağlı Bakıda təşkil olunan kitab təqdimatlarında iştirak etdiyini və məmnunluq duyduğunu deyib.

Tədbir çərçivəsində, həmçinin Puşkinin “Kapitan qızı” və “Mozart və Saliyeri” əsərlərindən səhnəciklər nümayiş olunub.

# 486 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #