Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda Birliyin Cənubi Azərbaycan Ədəbiyyatı Komissiyasının təsis etdiyi Səməd Behrəngi adına ədəbi mükafatın sayca 8-ci təqdimat mərasimi keçirilib.
Kulis.az xəbər verir ki, tədbirdə hər iki taydan elm və ədəbiyyat nümayəndələri, şairlər və araşdırmaçılar iştirak edib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbəri Rəvan Həsənov, Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq Əlaqə üzrə katibi Səlim Babullaoğlu, Ədəbiyyat Qəzetinin baş redaktoru Azər Turan, tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri Qafar Cəlilov, tanınmış şairə Nəsibə İsrafilqızı, ədəbiyyatşünas Zöhrə Əsgərova, Fəxrəddin Ziya, Varlıq jurnalının baş redaktoru məhəmmədrza Heyət, Güney Azərbaycanın tanınmış ədəiyyatçısı Məsud Haray, tanınmış tədqiqatçı Həsən Kərimzadə, Azərbaycanın Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına mədəniyyət mərkəzinin rəhbəri Samir Abbasov və Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına institutunun aparıcı elmi işçisi, Kərimulla Məhəmmədzadə təltif olunublar.
Tədbiri giriş sözü ilə açan Yazıçılar Birliyinin sədri xalq yazıçısı Anar, Səməd Behrənginin həyatı və yaradıcılığı barəsində geniş məlumat verərək mükafatın əhəmiyyətini vurğulayıb. Daha sonra Yazıçılar Birliyinin katibi, Cənubi Azərbaycan Ədəbiyyatı Komissiyasının sədri tanımış yazıçı-tədqiqatçı Sayman Aruz da öz növbəsində Cənubi Azərbaycan ədəbiyyatının təbliğatının genişləndirilməsininin vacibliyinə diqqət çəkib.
Sonda mükafatlar təqdim olunub.