“ARB telekanalında cəzası 12 il olan məhbus Kamil Qədirov adlı bir şəxsdən 30 dəqiqədir intervü götürürlər. Bir alimdən üç dəqiqə intervü götürən kanala rast gəlmisinizmi?”
Bu sözləri millət vəkili Etibar Əliyev bildirib. O daha sonra əlavə edib:
“ARB-ni qoyaq qırağa, AzTV və İTV bu suala cavab verə bilərmi? Üçcə dəqiqə ziyalıya söz verə bilərsinizmi?”
E.Əliyev sözünü istehza ilə yekunlaşdırıb:
“Televiziyaları təsadüfən izlədim. İndi həmin kanal Roza Zərgərlidən intervü götürür...”