Sankt-Peterburqda VI beynəlxalq Lendoc Film Festivalı (LEFF) başlanır.
Kulis.az xəbər verir ki, festival 22 avqustda Fərxat Şəripovun “Evakuasiya” filminin nümayişi ilə start götürəcək.
Proqramda Hindistan, Çin, Qazaxıstan, Özbəkistan, Rusiya və digər ölkələrdən səkkiz bədii və səkkiz sənədli film iştirak edir.
Festival çərçivəsində MDB ölkələrinin kino təşkilatlarının rəhbərləri ilə görüş, kinoprojektlərin pitchinqi və kino təhsili üzrə yeni layihələr təqdim olunacaq.
Qeyd edək ki, LEFF 24 avqusta qədər davam edəcək və tədbirlər müxtəlif kinoteatrlarda və “Lendok” kinostudiyasında keçiriləcək.