Bakıda “Mistik dialoq” adlı sərgi açılacaq

Bakıda “Mistik dialoq” adlı sərgi açılacaq
31 may 2019
# 18:30

İyunun 2-də Müasir İncəsənət Muzeyində Yunanıstanın ölkəmizdəki səfiri Nikolaos Kanellosun sərgisi açılacaq. Bu sayca diplomatın 21-ci sərgisidir.

Sərginin xüsusi qonağı diplomatın köhnə dostu, tanınmış sima, böyük incəsənət bilicisi, Yunanıstan Milli Qalereyasının direktoru Marina Lambraki Plaka olacaq.

İyunun 10-dək davam edəcək sərgidə səfirin 25 əsəri təqdim olunacaq. /azertag.az/

# 1832 dəfə oxunub

Müəllifin son yazıları

# # #