Müğənni Samirə Əfəndi ailəsi və meneceri ilə birlikdə İsraili tərk edə bilib.
Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə o, sosial media hesabında bildirib.
O, hava limanından foto paylaşaraq Təl-Əvivdən İstanbula uçduğunu qeyd edib.
Xatırladaq ki, İsraildə konsert proqramı ilə çıxış edən Avroviziya təmsilçimiz və ailəsi HƏMAS-ın İsrailə raket zərbələri endirməsindən sonra sığınacağa yerləşdirilmişdi.