Bu günlərdə Cahid Süleymanovun “Dağılmış Ailə-Gerçək Həyat” adlı kitabı işıq üzü görüb.
Kulis.az xəbər verir ki, kitabda real həyatda yaşanmış maraqlı, faciəvi faktlar yer alıb. Kitabda müəllif mövzuya mənəvi, psixoloji, dini yanaşma sərgiləyib.
Qeyd edək ki, C. Süleymanov kitabın yazıldığı ərəfədə başda ilahiyyatçı Hacı Şahin Həsənli olmaqla bir çox mütəxəssislə həmsöhbət olub və fikirlərindən faydalanıb.