Şakira xəstəxanaya yerləşdirildi

Şakira  xəstəxanaya yerləşdirildi
17 fevral 2025
# 13:30

Məşhur müğənni Şakira xəstəxanaya yerləşdirilib.

Kulis.az xəbər verir ki, buna səbəb müğənninin dünya turu zamanı Peruda qəfildən mədəsinin ağrıması olub.

Həkimlər ona səhnədə çıxış etməməyi məsləhət görüblər. Nəticədə, müğənninin fevralın 16-na planlaşdırılan konserti ləğv edilib.

Qeyd edək ki, bu, Şakiranın yeddi ildən sonra çıxdığı ilk dünya turu idi.

# 422 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #