“Əfqan Rəsul” triosu - Bakı Beynəlxalq Caz Festivalında

“Əfqan Rəsul” triosu - Bakı Beynəlxalq Caz Festivalında
6 sentyabr 2022
# 17:30

Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizdə XVII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək.

Kulis.az xəbər verir ki, festival çərçivəsində sentyabrın 24-də “Enerji Club”da “Əfqan Rəsul” triosu çıxış edəcək.

Əfqan Rəsul Respublika Piano Müsabiqəsinin laureatı, Montrö Caz Festivalında (İsveçrə, 2012) pianoçular müsabiqəsinin yarımfinalçısıdır. O, ABŞ-ın Nyu-York şəhərində (2015-2017) işlədiyi illərdə bir neçə dəfə “Smalls Jazz Club”da çıxış edib. Bir çox caz festivallarında, həmçinin Barri Harris, Kenni Bayron kimi cazmenlərin ustad dərslərində iştirak edib.

# 1015 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #