Şairlərimiz Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü seçildi

Şairlərimiz Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü seçildi
23 avqust 2024
# 11:13

Özbəkistan - Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafında aktiv fəaliyyəti ilə seçilən şairlər İntiqam Yaşar və Fərid Hüseyn Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü seçiliblər.

Kulis.az xəbər verir ki, Özbəkistan Yazıçılar Birliyində təşkil edilmiş tədbirdə Özbəkistanın tanınmış şair və yazıçıları, ədəbiyyatsevərlər, media nümayəndələri iştirak ediblər.

Hazırda Dünya Gənc Türk Yazarlar Birliyinə rəhbərlik edən İntiqam Yaşarın bu vaxta qədər "İlk görüş" "...və susarsan", "Evdə yoxam" "Bütün xatirələr sənə qalacaq"-(Təbriz), "Adını çəkirəm", Fərid Hüseynin isə "Təkrarın tənhalığı", "Əlvida ağacları", "Dözmək üçün məşq" adlı şeir kitabları çap olunub.

# 411 dəfə oxunub

Müəllifin son yazıları

# # #