“Şairlər şeyxi” vəfat etdi

Barat Əli Fadai Xeravi, əfqan şairi

Barat Əli Fadai Xeravi, əfqan şairi

26 noyabr 2021
# 14:21

Məşhur əfqan şairi vəfat edib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Barat Əli Fadai Xeravi 90 yaşında dünyasını dəyişib. Şairin bir çox xəstəlikdən əziyyət çəkdiyi bildirilib.

“Qan ağlaması”, “Sirlər xəzinəsi”, “Nitq sirləri”, “Nurun yolu” və “Xarabalardakı xəzinələr” onun ən məşhur əsərlərindən hesab olunur.

Əli Fədai Xeravi “Müqavimət poeziyası”nın müəllifi kimi şöhrət qazanmışdı, onun şeirləri xalq arasında çox məşhur idi. O, çoxillik yaradıcılıq fəaliyyətinə görə “Şairlər Şeyxi” kimi tanınıb.

# 2484 dəfə oxunub

Müəllifin son yazıları

# # #