Mədəniyyət naziri Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri ilə görüşdü

Mədəniyyət naziri Səudiyyə Ərəbistanının  ölkəmizdəki səfiri ilə görüşdü
27 dekabr 2023
# 10:40

Mədəniyyət naziri Adil Kərimli dekabrın 26-da Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.

Kulis.az xəbər verir ki, öhbət zamanı ikitərəfli münasibətlərin və mədəniyyət sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Görüşdə ICESCO tərəfindən Azərbaycanın Şuşa şəhərinin 2024-cü il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilməsindən məmnunluq ifadə edilib, əlamətdar il ərzində təşkil olunacaq tədbirlər barədə söhbət açılıb.

Nazir Səudiyyə Ərəbistanının “Bakı Prosesi” çərçivəsində 2024-cü ildə paytaxtımızda keçiriləcək VI Dünya Mədəniyyətlərarası Dialoq Forumuna, həmişə olduğu kimi, yenə öz töhfəsini verəcəyinə ümid etdiyini bildirib.

# 454 dəfə oxunub

Müəllifin son yazıları

# # #